Goranboyda yanacaqdaşıyan avtomobil qəzaya uğradı-VİDEO

Goranboyda yanacaqdaşıyan avtomobil qəzaya uğradı-VİDEO

Bakı-Qazax-Gürcüstan magistralının Goranboy rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər Yerində Gəncəxəbərə istinadən xəbər verir ki, hadisə zamanı Bakı istiqamətində hərəkətdə olan iri tonnajlı yanacaqdaşıyan avtomobil idarəetməni itirərək yolun dəmir qoruyucu səddinə çırpılıb.

Qəza nəticəsində yük avtomobilinə və magistralın qoruyucu qurğularına ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizliyin təmin edilməsi və hərəkətin tənzimlənməsi istiqamətində müvafiq tədbirlər görülüb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir