Xəbər Yerində xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində baş verib.
“Chevrolet” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 2005-ci il təvəllüdlü A. Rzaxanova, 1994-cü il təvəllüdlü G. Quluzadə və 1991-ci il təvəllüdlü T. Babazadə xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Apa

