Göygöldə qanunsuz tikilmiş obyekt sökülüb.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, tikinti
- kənd təsərrüfatı təyinatlı torpaq sahəsində
- müvafiq icazə alınmadan
aparılıb.
Yoxlamalar Göygöl Rayon İcra Hakimiyyəti yanında yaradılmış komissiyanın üzvləri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzi, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsi və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Qeyd olunub ki, qanunsuz tikililərin aşkarlanması məqsədilə monitorinqlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

