Güclü sel körpünü dağıtdı: Kəndə gedən yol bağlandı

Güclü sel körpünü dağıtdı: Kəndə gedən yol bağlandı

Tovuzda güclü yağışın ardınca yaranan sel ciddi fəsad törədib.

Xeber Yerinde Unikal-a istinadən xəbər verir ki, Zəyəm çayında suyun səviyyəsinin kəskin artması nəticəsində avtomobil körpüsü dağılıb.

Hadisədən sonra İsəkənd kəndinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib.

İlkin məlumata görə, körpünün sel sularının təsiri ilə dağılması zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən gün bölgədə yağan intensiv yağışlardan sonra Zəyəm çayında suyun səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda qərb bölgəsinin bəzi ucqar ərazilərində qeyri-sabit hava şəraiti davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir