Xəbər Yerində xəbər verir ki, Gəncə şəhərinin 28 May küçəsində iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində “Audi” və VAZ-2107 markalı avtomobillərdə olan üç kişi – 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, 1990-cı il təvəllüdlü Seymur Qurbanov və 1986-cı il təvəllüdlü Xəyal Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.
TƏBİB-in məlumatına görə, yaralılar sentyabrın 10-da saat 14:40-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər üç şəxs stasionar müalicədən imtina edib. Yaralılar yazılı iltizamnamə əsasında xəstəxanadan buraxılıblar.
Mənbə: Report.az

