Lənkəranda 32 sotluq bambuk sahəsi xüsusi xəritəyə daxil edilib

Lənkəranda 32 sotluq bambuk sahəsi xüsusi xəritəyə daxil edilib

Lənkəranda 32 sot ərazidə bambuk yetişdirilən təsərrüfat xüsusi xəritəyə salınıb.

Xəbər Yerində xəbər verir ki, bunu fərdi sahibkar Eynulla Calalov Dövlət Turizm Agentliyinin Lənkəranda təşkil etdiyi mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Sahibkarın sözlərinə görə, bambuk təsərrüfatının yaradılmasına çay kənarında əkdiyi kollarla başlayıb. Daha sonra kollardan əldə etdiyi yeni pöhrələri ərazinin müxtəlif hissələrində əkərək plantasiyanı genişləndirib.

E.Calalov bildirib ki, bambukdan müxtəlif əl işlərinin hazırlanmasına sənətkarlıq fəaliyyəti zamanı başlayıb. İlk olaraq bitkidən kreslo, stol və müxtəlif suvenirlər hazırlayaraq sərgilərdə nümayiş etdirib. Hazırladığı məhsullara marağın artması isə sonradan sifarişlərin çoxalmasına səbəb olub.

Onun sözlərinə görə, 32 sotluq sahədə yetişdirilən bambuk sürətli böyüməsi və yüksək məhsuldarlığı ilə fərqlənir. Bitkinin təxminən 48-50 gün ərzində tam boya çatdığı qeyd edilib.

Sahibkarın sözlərinə görə, bu növ bambuk əsasən Lənkəran-Astara bölgəsində yetişir. Təsərrüfat regionda həm plantasiyanın ölçüsünə, həm də bambukun emalına görə xüsusi xəritəyə daxil edilib.

Ərazidə yetişdirilən bambukdan bağ mebelləri və müxtəlif suvenirlər hazırlanır. Bundan başqa, əldə olunan məhsullar Bakıda dekorasiya işlərində, eləcə də kənd təsərrüfatının müxtəlif istiqamətlərində istifadə olunmaq üçün daxili bazara çıxarılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir