Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Xeber Yerinde Apa-ya istinadən xəbər verir ki, qəza şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü O. Hüseynova, 2021-ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

