Həftənin sonuna doğru hava dəyişir

Həftənin sonuna doğru hava dəyişir

Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 6-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir. Səhər saatlarında yağıntı tədricən kəsiləcək.

Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda temperatur 15 dərəcəyədək yüksələcək

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Rayonlarda leysan və dolu gözlənilir

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq.

Ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv leysan, şimşək və dolu ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı, gecə saatlarında yağıntıların bir qədər güclənəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq.

Arabir güclənən qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 8-13, gündüz 14-18 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir