Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən həftə ərzində 149 yanğına çıxış edilib.
APA FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 27 köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ şəkildə söndürülməsi və insanların həyatının xilas edilməsi təmin olunub.
31 nəfər xilas edilib
Ümumilikdə, ötən həftə ərzində FHN-in qüvvələri tərəfindən 8-i azyaşlı olmaqla, 31 nəfər xilas edilib.
Müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı və avtomobil qəzaları zamanı 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

