Xəbər Yerində xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-16-da Azərbaycanda səfərdə olacaq.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yayılan məlumata görə, səfər çərçivəsində Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Türkiyəli nazirin müdafiə naziri Zakir Həsənovla da görüşməsi, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul olunması gözlənilir.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar müzakirə olunacaq.
Bundan əlavə, nəqliyyat və enerji sahələrində birgə layihələr, eləcə də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda iki ölkənin əməkdaşlığının gücləndirilməsi məsələləri gündəmdə olacaq.
Mənbə: Oxu.az

