Xəbər Yerində xəbər verir ki, 2027-2030-cu illərdə dövlət büdcəsindən ayrılacaq vəsaitlər dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinə yönəldiləcək.
“Musavat.com”un məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri qarşıdakı dövr üçün müəyyənləşdirilən büdcə siyasətinin çağırışları və sosial-iqtisadi hədəflər nəzərə alınmaqla formalaşdırılıb. Xərclər ortamüddətli resurs zərfi çərçivəsində Milli xərc prioritetlərinə uyğun müəyyən ediləcək.
Büdcə xərclərinin əsas istiqamətləri
İlkin Büdcə Bəyanatı 2027 sənədində növbəti illər üçün xərc siyasətinin əsas prioritetləri belə sıralanıb:
- Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi;
- Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi;
- İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin davam etdirilməsi;
- Rəqəmsal inkişaf istiqamətində müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsi;
- Əhalinin sosial müdafiəsinin və rifah səviyyəsinin gücləndirilməsi;
- Dövlət büdcəsi hesabına iqtisadiyyata maliyyə dəstəyinin davam etdirilməsi;
- Müdafiə olunan xərclərin maliyyə təminatının həyata keçirilməsi;
- Dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsi;
- Təmiz ətraf mühitin və “yaşıl artım”ın təmin edilməsi.
Mənbə: Musavat.com

