Hansı sahələrə pul ayrılacaq? – 2027-2030 üçün prioritetlər bəlli oldu

Hansı sahələrə pul ayrılacaq? – 2027-2030 üçün prioritetlər bəlli oldu

Xəbər Yerində xəbər verir ki, 2027-2030-cu illərdə dövlət büdcəsindən ayrılacaq vəsaitlər dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinə yönəldiləcək.

“Musavat.com”un məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri qarşıdakı dövr üçün müəyyənləşdirilən büdcə siyasətinin çağırışları və sosial-iqtisadi hədəflər nəzərə alınmaqla formalaşdırılıb. Xərclər ortamüddətli resurs zərfi çərçivəsində Milli xərc prioritetlərinə uyğun müəyyən ediləcək.

Büdcə xərclərinin əsas istiqamətləri

İlkin Büdcə Bəyanatı 2027 sənədində növbəti illər üçün xərc siyasətinin əsas prioritetləri belə sıralanıb:

  • Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi;
  • Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi;
  • İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin davam etdirilməsi;
  • Rəqəmsal inkişaf istiqamətində müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsi;
  • Əhalinin sosial müdafiəsinin və rifah səviyyəsinin gücləndirilməsi;
  • Dövlət büdcəsi hesabına iqtisadiyyata maliyyə dəstəyinin davam etdirilməsi;
  • Müdafiə olunan xərclərin maliyyə təminatının həyata keçirilməsi;
  • Dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsi;
  • Təmiz ətraf mühitin və “yaşıl artım”ın təmin edilməsi.

Mənbə: Musavat.com

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir