Hikmət Hacıyev BƏƏ rəsmisinə təşəkkür edib

Hikmət Hacıyev BƏƏ rəsmisinə təşəkkür edib

Xəbər Yerində xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah M. Əlhamədiyə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib.

Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr səmərəli olub.

Hacıyev qeyd edib ki, bu əməkdaşlıq hər iki ölkə prezidentinin müəyyən etdiyi istiqamət və baxışlara uyğundur.

Prezidentin köməkçisi həmçinin Ərəb Media Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə Abdullah M. Əlhamədini təbrik edib.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir