Hollouey Makqreqoru erkən texniki nokautla məğlub etdi
UFC 329 turnirinin əsas döyüşündə Maks Hollouey Konor Makqreqor üzərində inamlı qələbə qazanıb.
Las-Veqasda təşkil olunan gecənin əsas qarşılaşması cəmi 69 saniyə davam edib. Beş illik fasilədən sonra oktaqona qayıdan Makqreqor döyüşün ilk dəqiqəsində zərbə endirməyə cəhd edərkən sağ dizindən zədələnib.
Zədə səbəbindən mübarizəni davam etdirə bilməyən irlandiyalı döyüşçünün məğlubiyyəti hakim tərəfindən texniki nokaut kimi qeydə alınıb və qələbə Maks Holloueyə verilib.
Qeyd edək ki, Hollouey və Makqreqor ilk dəfə 2013-cü ildə üz-üzə gəlmişdilər. Həmin qarşılaşmada hakimlərin yekdil qərarı ilə qalib gələn tərəf Konor Makqreqor olmuşdu.
Bu döyüş, həmçinin Makqreqorun 2021-ci ildən sonra UFC-də ilk çıxışı kimi yadda qalıb.
Mənbə: Apasport

