İlham Əliyev: Azərbaycan Ermənistanla yeni nəqliyyat kommunikasiyaları üzərində çalışır-FOTO+VİDEO

İlham Əliyev: Azərbaycan Ermənistanla yeni nəqliyyat kommunikasiyaları üzərində çalışır-FOTO+VİDEO

Prezident 30 illik münaqişənin başa çatdığını və Cənubi Qafqazın sülh zonasına çevrildiyini bildirib

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə keçdiyini açıqlayıb.

Xəbər Yerində xəbər verir ki, dövlət başçısı sentyabrın 1-də Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı Azərbaycan və Ermənistan arasında 30 illik münaqişənin başa çatdığını bildirib.

Prezidentin sözlərinə görə, sülh sazişinin mətninin paraflanmasından sonra Cənubi Qafqaz regionu münaqişə zonasından sülh zonasına çevrilməkdədir.

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir, həmçinin üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir.

“Azərbaycan Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışır”, – deyə Prezident bildirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özü bərpa edib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsini tələb edən dörd qətnamə üç il əvvəl icra olunub.

İlham Əliyev BMT-nin həmin qətnamələrin icrasında rol oynamadığını da diqqətə çatdıraraq, gələcəkdə münaqişələrin qarşısının alınması və həlli üçün daha effektiv mexanizmlərin yaradılmasının vacibliyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir