İlham Əliyev Böyük Britaniyanın yeni səfirini qəbul edib-FOTO

İlham Əliyev Böyük Britaniyanın yeni səfirini qəbul edib-FOTO

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normana qəbul edib.

Səfir etimadnaməsini təqdim edib

Dunkan Norman etimadnaməsini dövlət başçısına təqdim edib. Səfir çıxışına Azərbaycan dilində başlayaraq 27 il əvvəl ilk dəfə Azərbaycana gəldiyini və ölkənin inkişafının onda böyük təəssürat yaratdığını bildirib.

O, Azərbaycanla Böyük Britaniya arasında yeni strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Əməkdaşlığın əsas istiqamətləri

Səfir bərpaolunan enerji, müdafiə, aviasiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, həmçinin Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə göstərilən dəstəyi qeyd edib.

Dunkan Norman Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində Prezident İlham Əliyevin səylərinin Böyük Britaniya hökuməti tərəfindən təqdir edildiyini deyib.

İlham Əliyev sülh və təhlükəsizlikdən danışıb

Prezident İlham Əliyev səfirin Azərbaycan dilində çıxış etməsini yüksək qiymətləndirib və ona fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan-Böyük Britaniya əməkdaşlığının əsas istiqamətlərindən biri uzun illər enerji sektoru olub. Hazırda isə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb.

Prezident həmçinin regionda təhlükəsizliyin Azərbaycanın gündəliyində prioritet olaraq qalacağını bildirib.

Görüşdə qarşılıqlı investisiyaların artırılması, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir