İlham Əliyev Emoməli Rəhmona təbrik məktubu göndərib

İlham Əliyev Emoməli Rəhmona təbrik məktubu göndərib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ölkəsinin dövlət müstəqilliyinin 35 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Xəbər Yerində xəbər verir ki, Prezidentin məktubunda Tacikistanın müstəqillik dövründə əldə etdiyi uğurlar və Azərbaycan-Tacikistan münasibətlərinin inkişafından bəhs olunub.

İlham Əliyev təbriklərini Emoməli Rəhmona və onun simasında Tacikistan xalqına çatdıraraq, ölkənin son 35 ildə dövlət quruculuğu, daxili sabitlik və sosial-iqtisadi inkişaf istiqamətində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.

Məktubda Azərbaycan və Tacikistan xalqlarını birləşdirən ortaq dini-mədəni və tarixi bağlara da diqqət çəkilib. Bildirilib ki, iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri, yüksək səviyyəli siyasi dialoq və müntəzəm təmaslar əlaqələrin daha da inkişafına imkan yaradır.

Prezident İlham Əliyev Azərbaycan-Tacikistan münasibətlərinin və strateji tərəfdaşlığın qarşılıqlı etimad və dəstək əsasında bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonda Emoməli Rəhmona möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Tacikistan xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir