İlham Əliyev fərman imzaladı: MEDİA ləğv olundu

İlham Əliyev fərman imzaladı: MEDİA ləğv olundu

Prezident İlham Əliyev Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturunun təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmana əsasən, yeni yaradılan Media və Yayım Şurası Azərbaycan Respublikasının Audiovizual Şurasının hüquqi varisi elan olunub. Audiovizual Şuranın bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yeni quruma keçir.

Sənədə əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxsi də ləğv edilir. Agentliyin hüquq və öhdəlikləri, habelə balansında olan əmlak Media və Yayım Şurasına verilir.

Yeni qurumun işçilərinin say həddi 108 ştat vahidi müəyyən edilib.

Fərmana əsasən, Nazirlər Kabineti bir ay müddətində Audiovizual Şuranın və MEDİA-nın balansında olan dövlət əmlakının Media və Yayım Şurasının balansına verilməsini təmin etməli, cari ilin dövlət büdcəsində hər iki qurum üçün nəzərdə tutulan vəsait hesabına Şuranın fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməlidir.

Bundan başqa, hökumət yeni qurumun inzibati bina ilə təmin olunması, eləcə də Media və Yayım Şurasının ştatlarının Audiovizual Şura və MEDİA-nın əməkdaşları hesabına komplektləşdirilməsi istiqamətində müvafiq tədbirlər görməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir