Azərbaycan Prezidenti İlham Əliyev Girnə yaxınlığında baş verən gəmi qəzası nəticəsində insanların həlak olması ilə bağlı Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara başsağlığı verib.
“Xəbər Yerində” xəbər verir ki, dövlət başçısı başsağlığı məktubunda faciədən dərin sarsıntı keçirdiyini bildirib.
İlham Əliyev həlak olanların ailə və yaxınlarına, qardaş Kipr xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
“Allah rəhmət eləsin!” – deyə Prezident qeyd edib.
Başsağlığı məktubu 31 avqust 2026-cı ildə Bakı şəhərində imzalanıb.

