Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının milli bayramı münasibətilə Kral VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Xeberyerinde.com xəbər verir ki, dövlət başçısı məktubunda Mərakeş Kralına və qardaş Mərakeş xalqına Azərbaycan xalqı adından səmimi təbriklərini və xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Mərakeş arasında tarixi köklərə və xoş ənənələrə söykənən münasibətlərə xüsusi önəm verilir.
Dövlət başçısı vurğulayıb ki, ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi istiqamətində birgə səylər bundan sonra da davam edəcək.
Məktubun sonunda Prezident İlham Əliyev Kral VI Məhəmmədə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar, Mərakeş xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

