Prezident Bişkekdə Hindistanın Baş naziri ilə ikitərəfli gündəmi müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Xəbər Yerində xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “X” hesabında paylaşım edib.
Dövlət başçısı görüş zamanı Narendra Modi ilə Azərbaycan-Hindistan münasibətlərinin ikitərəfli gündəliyi barədə fikir mübadiləsi apardıqlarını bildirib.
“Bişkekdə keçirilən ŞƏT Zirvə Görüşü çərçivəsində Baş nazir Narendra Modi ilə ikitərəfli gündəliyimizlə bağlı fikir mübadiləsi apardıq”, – deyə Prezident qeyd edib.

