Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Tarman Şanmuqaratnamı ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
Təbrik məktubunda dövlət başçısı Sinqapurun milli bayramı münasibətilə həmkarına və onun simasında Sinqapur xalqına Azərbaycan xalqı adından xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev Tarman Şanmuqaratnama möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı, həmçinin Sinqapur xalqına daim sülh, əmin-amanlıq və rifah diləyib.

