İlham Əliyev Slovakiya Prezidentini təbrik edib

İlham Əliyev Slovakiya Prezidentini təbrik edib

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın milli bayramı – Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib.

Dövlət başçısı məktubunda Slovakiya Prezidentini və onun simasında dost Slovakiya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.

İlham Əliyev Azərbaycan-Slovakiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və konstruktiv dialoq üzərində qurulduğunu vurğulayıb. Son illərdə siyasi əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini və əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini qeyd edib.

Prezident iqtisadi-ticari, energetika və hərbi-texniki istiqamətlərdə əməkdaşlığın inkişaf dinamikasından məmnunluğunu ifadə edib.

İlham Əliyev Slovakiya Prezidentinin iyul ayında Azərbaycana səfərini, o cümlədən Qarabağ bölgəsinə birgə səfərlərini də xatırladıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirən dövlət başçısı bunu iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlığın göstəricisi adlandırıb.

Məktubun sonunda İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriniyə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Slovakiya xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir