İlham Əliyev və Mehriban Əliyeva Dünya Köçəri Oyunlarının açılışında iştirak edirlər-YENİLƏNİB-FOTO+Video

İlham Əliyev və Mehriban Əliyeva Dünya Köçəri Oyunlarının açılışında iştirak edirlər-YENİLƏNİB-FOTO+Video

İlham Əliyev və Mehriban Əliyeva Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunan 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.

Mərasimdə müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, eləcə də çoxsaylı qonaqlar iştirak edib.

Dünya Köçəri Oyunları müxtəlif xalqlar arasında dostluq, birlik və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə, köçəri xalqların zəngin tarixi və mədəni irsinin tanıdılmasına xidmət edir. Beynəlxalq tədbir çərçivəsində qədim ənənələrin, milli dəyərlərin və köçəri sivilizasiyasına məxsus mədəni nümunələrin nümayişi nəzərdə tutulur.

Oyunlarda dünyanın müxtəlif ölkələrindən idmançılar ənənəvi idman növləri üzrə mübarizə aparacaqlar. Proqramda atçılıq, milli güləş, oxatma və digər qədim idman növləri üzrə yarışlar yer alır.

Sentyabrın 6-dək davam edəcək 6-cı Dünya Köçəri Oyunları çərçivəsində iştirakçı ölkələrin milli mədəniyyəti, adət-ənənələri və tarixi irsi də təqdim olunacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir