İlham Əliyev və Şavkat Mirziyoyev Buxaradakı tarixi komplekslə tanış olublar – FOTO

İlham Əliyev və Şavkat Mirziyoyev Buxaradakı tarixi komplekslə tanış olublar – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Buxara şəhərində yerləşən tarixi “Poyi-Kalon” kompleksi ilə tanış olublar.

“Xəbər Yerində” xəbər verir ki, avqustun 24-də keçirilən ziyarətdə birinci xanım Mehriban Əliyeva, Ziroatxon Mirziyoyeva və hər iki ölkə liderinin ailə üzvləri də iştirak ediblər.

900 ilə yaxın tarixə malik minarə

“Poyi-Kalon” adı “Böyüyün ətəyində” mənasını daşıyır. Kompleksin ən məşhur tikililərindən biri Kalon minarəsidir.

Tarixi mənbələrə əsasən, minarənin inşası 1127-ci ildə başa çatdırılıb. Abidə bu gün də Buxaranın əsas tarixi simvollarından biri hesab olunur.

Kalon məscidi

Kompleksin ərazisində yerləşən Kalon məscidi Buxaranın ən böyük ibadət məkanlarından biridir.

Məscidin XVI əsrdə inşa edildiyi bildirilir. Tarixi tikilidə eyni vaxtda təxminən 12 min nəfərin ibadət etməsi mümkündür.

Mir-i Ərəb mədrəsəsi

“Poyi-Kalon” kompleksinin digər mühüm hissəsi Mir-i Ərəb mədrəsəsidir.

Dini təhsil müəssisəsi XVI əsrdə Abdullah Yəməni – Mir-i Ərəb tərəfindən inşa etdirilib. Mədrəsə Buxaranın tarixi-memarlıq irsinin mühüm nümunələrindən biri kimi qorunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir