İlham Əliyev və Şavkat Mirziyoyev Buxaranın qədim “Ark” qalasında – FOTO

İlham Əliyev və Şavkat Mirziyoyev Buxaranın qədim “Ark” qalasında – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Buxarada yerləşən tarixi “Ark” qalasını ziyarət ediblər.

“Xəbər Yerində” xəbər verir ki, avqustun 24-də baş tutan ziyarətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, həmçinin prezidentlərin ailə üzvləri iştirak ediblər.

Qalanın tarixi minilliklərə gedib çıxır

Buxaranın ən qədim tarixi tikililərindən sayılan “Ark” qalasının əsası eramızdan əvvəl IV əsrdə qoyulub.

Qalanın bu gün tanınan memarlıq siması isə əsasən XVII-XVIII əsrlərdə formalaşıb. Tarixin müxtəlif dövrlərində kompleks Buxara hökmdarlarının mühüm iqamətgahlarından biri olub.

1920-ci ildə ciddi dağıntıya məruz qalıb

Məlumata görə, “Ark” qalası XX əsrin əvvəllərinədək, o cümlədən qış aylarında Buxara hökmdarlarının iqamətgahı kimi istifadə olunub.

1920-ci ildə baş verən hadisələr zamanı qalanın böyük hissəsi dağıdılıb. Hazırda tarixi kompleks təxminən 4 hektar ərazini əhatə edir.

Qalada muzey-qoruq fəaliyyət göstərir

Tarixi əhəmiyyətini qoruyan “Ark” qalasının ərazisində 1947-ci ildən Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

Qala bu gün Buxaranın əsas tarixi-mədəni irs nümunələrindən biri olmaqla yanaşı, şəhərin ən çox ziyarət edilən məkanları sırasında yer alır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir