İlham Əliyev “Yasəmən” hotelində görülən işlərlə tanış olub

İlham Əliyev “Yasəmən” hotelində görülən işlərlə tanış olub

İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpuslarına baxış keçirib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən bərpa olunan “Yasəmən” hotelinin yeni korpuslarında yaradılan şəraitlə tanış olub.

Xeberyerinde Apaya istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına həyata keçirilən bərpa və tikinti işləri barədə məlumat verib.

Xatırladılıb ki, “Yasəmən” hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

Tarixi görkəmi qorunmaqla bərpa edilən hotelin xarici və daxili tərtibatı Şuşanın orta əsr memarlıq üslubuna uyğun hazırlanıb. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinin ənənələri əsasında inşa olunan bina işğal dövründə dağıdılmışdı. Heydər Əliyev Fondu tərəfindən layihələndirmə işləri həyata keçirildikdən sonra bina bərpa olunub və 2023-cü ildən etibarən fəaliyyət göstərən hotelin iki korpusu qonaqların istifadəsinə verilib.

Hazırda isə hotelin yeni korpusları olacaq daha dörd binada da Heydər Əliyev Fondu tərəfindən bərpa və tikinti işləri tamamlanıb.

Bərpa layihəsi hazırlanarkən qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülüb və yeni konsepsiya üzrə planlaşdırma aparılıb. Butik hotel konsepsiyasına uyğun inşa edilən yeni korpuslarda aynabənd və terraslar da yaradılıb.

Arxiv fotoları əsasında qapı və pəncərələr tarixi memarlıq üslubuna uyğun şəkildə yenidən hazırlanıb. Bundan əlavə, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri də həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir