Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 24-də başa çatıb.
Səfərin yekununda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxara Beynəlxalq Hava Limanından yola düşüblər.
Onları hava limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar.




