Dünyaca məşhur futbolçu Cristiano Ronaldo 10 ildir birlikdə olduğu, övladlarının anası Georgina Rodriguez ilə Portuqaliyanın Kaskais şəhərində gizli və sadə mərasimlə evlənib.
Nikah mərasimində yalnız cütlüyün beş övladının iştirak etdiyi bildirilir. Ronaldo və Rodriguez sosial şəbəkədə evlilik üzüklərini nümayiş etdirdikləri fotonu paylaşıblar. Paylaşım qısa müddətdə 16 milyondan çox bəyənmə toplayıb.
Cütlük 2016-cı ildə Rodriguez-in satış məsləhətçisi kimi çalışdığı Madriddəki mağazada tanış olub. Onlar 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlamışdılar.

