İllərin ən səs-küylü işi: Ramiz Mehdiyevlə bağlı qərar verildi

İllərin ən səs-küylü işi: Ramiz Mehdiyevlə bağlı qərar verildi

Xəbər Yerində xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlər üzrə cinayət işinin ibtidai istintaqı başa çatıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırmasına hakim Murad Aslanov sədrlik edəcək.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 178.1 (hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş əməllər), 274 (dövlətə xəyanət), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311 (rüşvət alma) maddələri ilə ittiham olunur.

Məhkəmənin ilk iclası sentyabrın 21-nə təyin edilib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir