İran ABŞ bazalarına zərbə endirdiyini açıqladı-VİDEO

İran ABŞ bazalarına zərbə endirdiyini açıqladı-VİDEO

İran ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə qarşı növbəti hücumlar həyata keçirdiyini bildirib.

Xeberyerinde Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, İranın pilotsuz uçuş aparatları Küveytdə yerləşən ABŞ qüvvələrinə və hərbi təminat mərkəzlərinə zərbələr endirib. Həmçinin İran tərəfi Omanda yerləşən ABŞ-nin iki radar sisteminin məhv edildiyini iddia edib.

SEPAH-ın açıqlamasına görə, “Nəsr 2” əməliyyatı çərçivəsində İran Hərbi Dəniz Qüvvələri Oman ərazisində və yaxınlığındakı bölgələrdə yerləşən dəniz və hava nəzarəti radarlarını hədəfə alıb.

Bundan əlavə, İran Silahlı Qüvvələrinin Qətərdəki ABŞ-nin “Əl-Udeyd” aviabazasına hücum etdiyi və nəticədə radiolokasiya sistemi (RLS), eləcə də bir neçə havada yanacaq dolduran hərbi təyyarənin sıradan çıxarıldığı bildirilib.

SEPAH bəyan edib ki, bəzi digər ABŞ hərbi texnikalarına da ciddi ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir