İrandan Azərbaycana 6 kiloqramdan çox narkotik keçirmək istədilər

İrandan Azərbaycana 6 kiloqramdan çox narkotik keçirmək istədilər

İrandan Azərbaycana narkotik vasitələrin qanunsuz yolla keçirilməsinə cəhdin qarşısı alınıb.

Xəbər Yerində xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, hadisə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Bildirilib ki, oktyabrın 18-də keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanıb.

Aşkarlanan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir