IRONMAN yarışı Bakının yollarını dəyişəcək – məhdudiyyətlər başlayır-FOTO

IRONMAN yarışı Bakının yollarını dəyişəcək – məhdudiyyətlər başlayır-FOTO

Sentyabrın 5-də Bakıda keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışı ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq.

Məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan mərhələli şəkildə başlayacaq və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.

Xüsusilə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən etibarən hərəkət sxemi dəyişdiriləcək. Qarşı istiqamətdə hərəkət edən avtomobillər üçün bir zolaq ayrılacaq. Lökbatan dairəsi istiqamətində də ümumi istifadədə olan nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.

Bakı-Ələt (M3) yolunun 14-cü kilometrindən şəhər istiqamətində, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək hərəkət məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Lökbatan-Bayıl istiqamətindən istifadə etmək tövsiyə olunur.

Məhdudiyyətlər:

  • 4 sentyabr, 21:00 – 5 sentyabr, 04:59 – yarışa hazırlıq mərhələsi;
  • 5 sentyabr, 05:00 – 14:30 – yarışın əsas mərhələsi;
  • 5 sentyabr, 14:30 – 16:00 – ərazidə təmizlik və bərpa işləri.

Sürücülərdən yolların vəziyyətini nəzərə alaraq səfərlərini əvvəlcədən planlaşdırmaları və mümkün sıxlıqlardan yayınmaq üçün alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, yarışda 62 ölkədən 1500-dən çox iştirakçının iştirakı gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir