İşğalçı İsrail Qəzzaya yenidən qan yağdırdı: 8 fələstinli öldürüldü

İşğalçı İsrail Qəzzaya yenidən qan yağdırdı: 8 fələstinli öldürüldü

İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə gecə boyu havadan, qurudan və dənizdən zərbələr endirib. Hücumlar nəticəsində azı 8 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Deyr əl-Bələh şəhərində yaşayış evinin hədəfə alınması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Qəzza şəhərinin qərbində isə hərbi təyyarələrin yaşayış binasını bombalaması nəticəsində bir uşaq və onun valideynləri həyatını itirib.

Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsində Əl-Həms ailəsinə məxsus evə endirilən zərbə zamanı isə 1-i uşaq olmaqla 3 nəfər həlak olub.

Məlumata görə, İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

Bildirilir ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra həyata keçirilən hücumlarda 1222 nəfər ölüb, 4053 nəfər yaralanıb. Dağıntılar altından isə 804 nəfərin meyiti çıxarılıb.

Qəzza rəsmilərinin məlumatına əsasən, 2023-cü ilin oktyabrından bəri İsrail hücumları nəticəsində həlak olanların sayı 73 min 349-a, yaralananların sayı isə 174 min 162-yə çatıb. Dağıntılar altında hələ də minlərlə insanın cəsədinin qaldığı bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir