İsmayıllı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Təzəkənd-Diyallı yolunda qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub. Güclü toqquşma nəticəsində iki nəfər həyatını itirib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


