Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, qəza Diryan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 1965-ci il təvəllüdlü İntiqam Nuriyev idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə torpaq yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb.
Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb və hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə: Apa

