İsmayıllıda Kia ilə VAZ-2106 toqquşub, 5 nəfər yaralanıb

İsmayıllıda Kia ilə VAZ-2106 toqquşub, 5 nəfər yaralanıb

İsmayıllıda ağır yol qəzası baş verib.

Xeberyerinde xəbər verir ki, hadisə Talıstan altı adlanan ərazidə qeydə alınıb. VAZ-2106 markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub. Belə ki, Bakı sakinləri — 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri — 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir