İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Qurbanəfəndi kəndi istiqamətində yerləşən avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata əsasən, “Opel” markalı avtomobillə motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər və motosikletin sürücüsü həyatını itirib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

