İsrail və Livan arasında yeni danışıqların tarixi açıqlandı

İsrail və Livan arasında yeni danışıqların tarixi açıqlandı

ABŞ İsrail və Livan arasında növbəti danışıqların avqustun 4–6-da İtaliyanın paytaxtı Romada keçiriləcəyini təsdiqləyi

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, görüşlər Livan ordusu ilə birgə yaradılacaq “pilot zonalar” çərçivəsində baş tutacaq. Texniki işçi qrupları sərhəd məsələlərinin həlli, “pilot zonalar”ın genişləndirilməsi və hərtərəfli sülh və təhlükəsizlik sazişinin hazırlanmasını müzakirə edəcəklər.

İyun ayında Vaşinqtonda imzalanan razılaşmaya əsasən, İsrailin boşaltdığı ərazilərdə Livan ordusunun yerləşdirilməsi nəzərdə tutulur. Bunun qarşılığında isə İranın dəstəklədiyi “Hizbullah” hərəkatının silahsızlaşdırılması planlaşdırılır.

Lakin Livan ordusu İsrailin ölkənin cənubunda davam etdirdiyi hərbi əməliyyatların razılaşmanın icrasına mane olduğunu bildirib. Atəşkəsə baxmayaraq, İsrail ordusu bölgəyə vaxtaşırı hava zərbələri endirməkdə davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir