İstanbulun Zeytinburnu rayonunda hərəkətdə olan iki tramvayın toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
Xəbər Yerində xəbər verir ki, qəza Pazartekke və Topkapı dayanacaqları arasındakı hissədə baş verib.
Məlumata görə, tramvaylar qarşı-qarşıya gələrək toqquşub. Hadisə nəticəsində xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra onlar müxtəlif xəstəxanalara aparılıblar.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.


