DÇ-2026 iştirakçısı kokain qalmaqalında: Futbolçu polis tərəfindən saxlanıldı

DÇ-2026 iştirakçısı kokain qalmaqalında: Futbolçu polis tərəfindən saxlanıldı

Avstraliya millisinin və İtaliyanın “Sassuolo” klubunun yarımmüdafiəçisi Kristian Volpato Sidneydə yaşanan insidentlə gündəmə gəlib.

Xarici KİV-in yaydığı məlumata görə, 22 yaşlı futbolçu bir gecə ərzində iki dəfə sürət həddini aşdığı üçün polis tərəfindən saxlanılıb.

Yoxlama zamanı aparılan narkotik testinin ilkin nəticəsi kokain istifadəsini göstərib. Bundan sonra Volpatonun sürücülük vəsiqəsinin ştat ərazisində qüvvəsi müvəqqəti dayandırılıb və dəqiq nəticənin müəyyənləşdirilməsi üçün ondan əlavə laborator analiz nümunəsi götürülüb.

Avstraliya Futbol Federasiyası məsələ ilə bağlı futbolçu ilə əlaqə saxladıqlarını və araşdırmanın gedişini diqqətdə saxladıqlarını açıqlayıb.

Qeyd edək ki, Kristian Volpato daha əvvəl İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etsə də, bu ilin may ayında Avstraliya millisini seçib. O, DÇ-2026-da 3 oyunda meydana çıxaraq komandasının 1/16 final mərhələsinə yüksəlməsinə töhfə verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir