Kanadada məscidə silahlı hücum edildi

Kanadada məscidə silahlı hücum edildi

Kanadanın Vinnipeq şəhərində yerləşən Rahma İslam Mərkəzinə silahlı hücum edilib.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. İki nəfər avtomobildən məscid binasına atəş açıb, daha sonra isə sərt cisimlə pəncərələri sındıraraq binaya ziyan vurub.

Hücum zamanı məsciddə ibadət edən insanlar olsa da, ölən və ya yaralanan olmayıb.

Polis hadisə ilə bağlı araşdırma aparır. İlkin ehtimala görə, hücum nifrət cinayəti kimi qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir