Salyan rayonunda gecə saatlarında qətl hadisəsi baş verib.
İlkin məlumata görə, 1980-ci il təvəllüdlü Famil Hüseynalı oğlu Lətifov yaşadığı evin həyətində ov tüfəngi ilə açılan atəş nəticəsində həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun keçmiş qayınatası, 1966-cı il təvəllüdlü Natiq Siyasət oğlu Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.
İddialara görə, N.Sadıqov hadisə zamanı sərxoş vəziyyətdə olub və keçmiş kürəkəninin yaşadığı evə gələrək ona atəş açıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

