Xəbər Yerində xəbər verir ki, Konqo Demokratik Respublikasının üsyançıların nəzarətində olan Bukavu şəhərində məktəblərdən birində güclü yanğın baş verib.
Hadisə nəticəsində çox sayda şagirdin öldüyü və yaralandığı bildirilir. Ölənlərin dəqiq sayı ilə bağlı isə ziddiyyətli məlumatlar yayılıb.
Şahidlərdən biri “Reuters”ə bildirib ki, 17 nəfərin cəsədinin təcili tibbi yardım avtomobilinə yerləşdirilməsinə kömək edib.
Yerli tibb müəssisələrindən biri yanğın nəticəsində 10 nəfərin meyitinin onlara gətirildiyini təsdiqləyib. Digər xəstəxanadan isə 50-dən çox yaralı şagirdin qəbul edildiyi, onlardan 14-nün həyatını itirdiyi açıqlanıb.
Beləliklə, mövcud məlumatlara əsasən, ölənlərin sayı ən azı 24 nəfər ola bilər. Lakin rəsmi yekun rəqəm hələ açıqlanmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi də məlum deyil.
Üsyançı ittifaqın koordinatoru Kornel Nanqaa hazırda hadisə ilə bağlı dəqiq məlumatın olmadığını bildirib. O, ölənlərin sayının 10 nəfərdən çox olduğunu ehtimal etdiyini söyləyib.

