Xəbər Yerində xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Krımda baş verən dron hücumu azərbaycanlının ölümü ilə nəticələnib.
Hadisə zamanı 45 yaşlı Mahir Məmmədov yük avtomobili ilə hərəkətdə olub. Ukrayna tərəfindən həyata keçirildiyi bildirilən dron zərbəsi nəticəsində yük maşını vurulub.
Zərbədən sonra nəqliyyat vasitəsində yanğın baş verib. Mahir Məmmədov hadisə nəticəsində həyatını itirib.
Məlumata görə, mərhum Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndindəndir.
Hazırda onun cənazəsinin doğma kəndinə aparılması üçün müvafiq tədbirlər görülür.
Mənbə: News24.az



