Küləkli hava iki qadını yaraladı: birinin ayağı sındı

Küləkli hava iki qadını yaraladı: birinin ayağı sındı

Ötən gün güclü külək səbəbindən baş verən hadisələr nəticəsində iki nəfər xəsarət alıb.

Xəbər Yerində xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, saat 20:20-də 1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılıb. O, tibbi müayinədən keçirilib və sağ ayağın IV daraq sümüyünün sınığı diaqnozu qoyulub. Qadına müvafiq tibbi yardım göstərilib.

Saat 20:40-da isə 1987-ci il təvəllüdlü qadın küləyin təsiri ilə hərəkət edən qapıdan əlindən xəsarət alıb. Müayinə zamanı onun sol əlinin 3-cü və 4-cü barmaqlarında kəsilmiş yara aşkarlanıb.

Hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar və ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı tövsiyələr verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir