“Qarabağ” avrokuboklarla vidalaşdı – “Tvente”dən Bakıda 4 qol

“Qarabağ” avrokuboklarla vidalaşdı – “Tvente”dən Bakıda 4 qol

“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Ağdam təmsilçisi pley-off mərhələsinin cavab oyununda Bakıda Niderlandın “Tvente” klubuna 1:4 hesabı ilə məğlub olub.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesabı 59-cu dəqiqədə Kadi Borges açıb. Lakin “Tvente” 79-cu dəqiqədə Marko Pyatsa, 90+2-ci dəqiqədə isə Maks Brünsün qolları ilə hesabı bərabərləşdirib və oyunu əlavə vaxta daşıyıb.

Əlavə vaxtda Niderland təmsilçisi daha iki qol vurub. Vaut Veqorst 94-cü, Yunes Taha isə 114-cü dəqiqədə fərqlənərək komandasının 4:1 hesablı qələbəsini təmin edib.

Qarşılaşmanın 106-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Marko Yankoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Beləliklə, ilk oyunda 1:0 hesablı qələbə qazanan “Qarabağ” cavab matçında 1:4 uduzaraq avrokuboklarla vidalaşıb. “Tvente” isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir