Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Xəbər Yerində” xəbər verir ki, hadisə rayonun Pirili kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan 1979-cu il təvəllüdlü Səidə Hüseynova, 2007-ci il təvəllüdlü Afaq Hüseynova, 1989-cu il təvəllüdlü Mahruq Əliyeva və 2010-cu il təvəllüdlü Fatimə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa

