Kürdəmir rayonunda iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Xeberyerinden-nin APA-dan əldə etdiyi məlumata görə, qəza Bakı–Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Qazax istiqamətində hərəkətdə olan iki TIR-ın toqquşması nəticəsində yük maşınlarından biri yoldan çıxaraq aşıb.
Hadisə zamanı xəsarət alan və ya həlak olan olmayıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

