Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hadisə Ağsu–Kürdəmir avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Ağsu istiqamətində hərəkət edən Əlismayıl Nəbiyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobil yolun kənarında dayanmış iki “VAZ-2106” markalı minik avtomobilinə çırpılıb.
Güclü zərbə nəticəsində avtomobillərdən birində olan sərnişin Kamran Nadir oğlu Məmmədov ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, qəzanın başvermə səbəbləri araşdırılır.

